"Qəbələ" futbolçusu Omar Hani ilə yeni müqavilə danışıqları aparır. 

Bu barədə klubun baş meneceri Nail Kərimov  məlumat verib. O, iordaniyalı yarımmüdafiəçini şərtlərin uyğun olacağı halda, komandada saxlamaq istədiklərini deyib. 2021-ci ilin avqustundan "Qəbələ"də çıxış edən Omarın müqaviləsi yayda başa çatır. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 24 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.